Nazir vətəndaşları qəbul edib

Gənclər və idman naziri Azad Rəhimov Beyləqanda vətəndaşları qəbul edib. Nazirlikdən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda  Beyləqan rayonu ilə yanaşı  Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş da iştirak edib. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət  təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31