Trapattoni "Qalatasaray"ın təklifini niyə rədd edib?
15 Oktyabr 2013 04:27 İdmanİstanbulun "Qalatasaray" futbol klubu ilə bağlı yeni bir fakt ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, sən demə İstanbul klubu Roberto Mançinidən qabaq daha bir italyan futbol mütəxəssisi ilə də müzakirələr aparıbmış. "Sporx.com" idman saytı yazır ki, "cim bom" əvvəlcə futbol üzrə İtaliya millisinin baş məşqçisi olmuş Covanni Trapattoni ilə də danışıqlar aparsa da, təcrübəli mütəxəssis "Qalatasaray"ın baş məşqçisi olmaqdan boyun qaçırıb. O, bunu onunla izah edib ki, UEFA Çempionlar Liqasında "Yuventus"la üz-üzə gəlmək istəmir. Təcrübəli mütəxəssis özü mətbuata açıqlamasında "Qalatasaray"ın təklifinin olduqca ciddi olduğunu, amma bir italyan klubuna qarşı mübarizə aparmaq istəməməsinə görə bu təklifi rədd etdiyini etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31