"Dünya çempionatına gedə bilməsək, bizim üçün faciə olacaq"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sabah axşam Polşa ilə qarşılaşacaq İngiltərə millisinin futbolçusu Frənk Lempard oyunöncəsi fikirlərini bğlüşüb.
Qol.Az-ın məlumatına görə, ingilis futbolçusu Brazilyada keçiriləcək düya çempionatında iştirak etmək istədiyini bildirib:
"Polşa ilə oyun bizim üçü çox vacibdir. Ona görə yox ki, bu mənim son mundialım olacaq. Ona görə ki, İngiltərə millisi bütün dünya çempionatlarında iştirak etməyə layiqdir. Əgər biz tarix yazmaq istəyiriksə, mütləq Braziliyaya getməliyik. Mən və Cerard uzun müddətdir i, millidə çıxış edirik. Dünya çempionatında oynamaq fantastik olardı. Əgər mundiala gedə bilməsək, bizim üçün faciə olacaq. Ancaq inanıram ki, Polşanı məğlub etməklə Braziliyaya gedəcəyik".

Qeydedək ki, İngiltərə - Polşa sabah axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31