Burak Yılmaz "Meydanı hollandlara dar edəcəyik"

Futbolçu Fatih Terimin sirrinin üstünü açdı

"Meydanı hollandlara dar edəcəyik". ANS PRESS-in sözlərinə görə, bu sözləri Türkiyə millisinin hücumçusu Burak Yılmaz bildirib. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrupda son oyunu Hollandiya millisinə qarşı oynayacaq Türkiyə yığmasının forvardı bu qarşılaşmanı qazanmaq zorunda olduqlarını deyib.
Burak Yılmaz NTV-yə verdiyi açıqlamada bildirib ki, sabahkı oyunda duyğularıyla hərəkət edəcəklərini, ancaq səhv etməyə haqlarının olmadığını söyləyib: "Türkiyə millsinin tək ürək olacağı bir qarşılaşma oynayacağıq".
"Qalatasaray"lı futbolçu Fatih Terimin məşqçilik sirrini də açıb: "Terimin ən böyük özəllliyi futbolçulara güvənməsidir. Mənə də həmişə güvənib. Matçdan əvvəl həmişə bizə deyir: hər şey əlinizdədir, çıxın qələbə qazanın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31