AFFA-dan futbolçulara “120 min”lik mükafatla bağlı - AÇIQLAMA
14 Oktyabr 2013 12:33 İdmanAFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu son günlərdə Rusiya mətbuatında yer alan "Hər futbolçuya 120 min dollar pul mükafatı" xəbərinə münasibət bildirib.
Mikayıl Nərimanoğlu "Qafqazinfo"ya açıqlamasında bu xəbərin əsassız olduğunu deyib: "Bəli, Rusiya mətbuatında bir neçə gün bundan qabaq belə bir məlumat dərc olunmuşdu. Lakin sonradan onlar bunu təkzib etdilər"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31