400 ədəd mobil telefonu var

Eto mesaj yaza bilmir

İngiltərənin "Çelsi" klubunun kamerunlu futbolçusu Samuel Etonun 400 ədəd mobil telefonu olduğu iddia edilir. Bu barədə Türkiyə mediasına istinadən "OLAYLAR" İA xəbər verir. İngiltərənin "Sun" qəzeti Etonun bu günə qədər sahib olduğu heç bir mobil telefonunu atmadığını irəli sürüb. Etonun sahib olduğu 400 mobil telefondan 14-nün fərqli ölkələr üçün hazırlandığı və istifadə üçün açıq olduğu bildirilib.

Məlumatda Kamerun milli yığma komandasının keçmiş baş məşqçisi Otto Pfister "Eto mobil telefonla mesaj yaza bilmir və kompyuterdən istifadə edə bilmir, çünki bunlarla maraqlanmır" deyə bildirib.

Transfer mövsümünün sonlarına yaxın Rusiyanın "Anji" klubundan "Çelsi"yə transfer olunan Etonun hələ ki qolu yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31