"Qalatasaray" "Real"ın hücumçusunu alır

Türkiyənin "Qalatasaray" klubu qışda Madrid "Real"ının hücumçusu Kərim Benzemanı transfer edə bilər. Qol.Az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Roberto Mançini açıqlama verib. İtaliyalı mütəxəssis yanvar ayından fransız futbolçunu komandasında görmək istədiyini bildirib: "Benzemanın hələ 25 yaşı var. Onun gələcəyi qabaqdadır. İnanıram ki, Benzema yanvar ayından komandamda olacaq".
Qeyd edək ki, Benzema ilə "Arsenal" və "Mançester Siti" klubları da yaxından maraqlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31