"Beşiktaş"ın iki futbolçusu qovuldu

"Beşiktaş" İbrahim Toraman və yeni transferi Sezer Öztürkü heyətdən qovub. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 Bildirib ki, komandanın səhər məşqi zamanı iki futbolçu bir-biri ilə dava edib. Bu isə "qara qartallar"ın baş məşçqisi Slevan Biliç tərəfindən pis qarşılanıb. Klub rəhbərliyinin də qərarı ilə hər iki futbolçunun bu səbəbdən qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırıldığı açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31