Bernhard Lippert: "Layiqli qələbə qazandığımızı düşünürəm"

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveç - Azərbaycan (1:3) oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, komandamızın layiqli qələbə qazandığını qeyd edib: "Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbəni prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31