Karlo Ançelotti bütün qohumlarını “Real”a gətirib

Məsut Özilə ehtiyac duymamaqla diqqətləri üzərinə çəkən Karlo Ançelotti yenidən qınaq obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, Madrid "Real"ının baş məşqçisi qohumbazlıqda ittiham olunur.
İtaliyalı çalışdırıcının 17 köməkçisinin olması ispaniyalı həmkarlarımıza qəribə gəlib. Lakin onları daha çox hiddətləndirən Ançelottinin oğlu və kürəkənini öz yanında işə götürməsidir. Bununla kifayətlənməyən təcrübəli mütəxəssis yaxın dostu və yardımçısı olan Covanni Maurinin oğlunu da özünə köməkçi götürüb.

Qeyd edək ki, Ançelottinin oğlu və kürəkəni fiziki hazırlıq üzrə məşqçi heyətində çalışır. Maurinin oğlu isə tibbi personalda yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31