İsayevlə Yunisoğluna bayram müjdəsi
11 Oktyabr 2013 13:12 İdmanArtıq bir neçə aydır maaş almayan "Dənizlispor"un futbolçularına xoş xəbər var. Apasport.az saytının məlumatına görə, heyətində həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun da yer aldığı I divizion təmsilçisinin rəhbərliyi qarşıdan gələn Qurban bayramı münasibətilə pul paylayacaq.
Hazırda klub prezidenti vəzifəsini müvəqqəti icra edən Yasin Özpek bu gün heyət üzvlərini sevindirəcəklərini açıqlayıb: "Komandada bayram ab-havası olsun deyə, imkanlarımızı səfərbər edib, futbolçulara maaş verəcəyik. Bu əhval-ruhiyyə ilə "Mersin İdman Yurdu" ilə səfər matçından xalla qayıdacağımıza inanıram".
Qeyd edək ki, "Dənizlispor" növbəti turda "Mersin İdman Yurdu"nun qonağı olacaq. Matç oktyabrın 21-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31