Ançelotti "Real"ı 17 məşqçi ilə idarə edir
10 Oktyabr 2013 18:28 İdman"Real"ın baş məşqçisi Karlo Ançelottinin Madrid klubunu 17 köməkçisi ilə çalışdırdığı məlum olub.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Kral klubu ilə müqavilə imzalarkən 8 əlavə köməkçisinin də olmasını istəyib. Bununla da, "Real"ın təmin etdiyi 9 məşqçi ilə birlikdə Ançelottinin köməkçilərinin sayı 17-ə yüksəlib.Ancaq baş məşqçinin köməkçiləri arasında oğlu və kürəkənin olması narazılığa səbəb olub. Hər iki şəxsin klubdan yaxşı maaş aldığı bildirilib.Təcrübəli mütəxəssisin Madrid klubuna gətirdiyi adamlar bununla da bitməyib. Onun ən yaxın dostu və köməkçisi olan Qiovanni Maurinin oğluna da klubun həkimləri arasına gətirdiyi iddia edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31