“Beşbarmaq” massivində qayayadırmanma kuboku keçiriləcək

Oktyabrın 12-13-də Siyəzən rayonunun "Beşbarmaq" massivində mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunan Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok keçiriləcək. Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışa ölkəmizin müxtəlif idman klublarından idmançılar qatılacaq.

Yarışın marşrutlarının qurulmasında xaricdən dəvət olunan beynəlxalq dərəcəli idman ustaları iştirak edəcəklər. ("OLAYLAR"İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31