Oskar Kardozo "Barselona"nın hədəfində
10 Oktyabr 2013 21:02 İdman"Benfika" klubunun hücumçusu Oskar Kardozo qışda komandasını dəyişə bilər.Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino yanvar ayından 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis Kardozonu Lionel Messinin alternativi kimi görür.
Qeyd edək ki, Kardozo Portuqaliya liqasında geridə qalan 7 turda 3 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31