Portuqaliya millisi ciddi itki ilə üzləşdi

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində İsrail və Lüksemburqla qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, sağ ayağında ağrılar hiss etdiyini deyən Raul Meyreleş millinin heyətindən kənarlaşdırılıb.
"Fənərbaxça"nın futbolçusunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Meyreleşin əvəzinə "Braqa"dan Kuştodio Portuqaliya millisinin heyətinə daxil edilib.
Qeyd edək ki, oktyabrın 11-də öz meydanında İsraillə qarşılaşacaq Portuqaliya yığması 4 gün sonra Lüksemburqu qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31