Burak Yılmazın uğursuz çıxışlarının səbəbi məlum oldu
10 Oktyabr 2013 13:59 İdman"Qalatasaray"ın hücumçusu Burak Yılmaz son vaxtlar uğursuz çıxışı ilə yadda qalır.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cari mövsüm sadəcə iki qol vura bilən futbolçu ayaq əzələsindəki zədə səbəbindən oyunlara ağrıkəsici iynə vurduraraq çıxır. Bu iynələr isə oyunçunun çıxışına öz təsirini göstərir. Həkimlər də ağrıkəsici maddələrin futbolçunun oyununa mənfi təsir etdiyini bildiriblər.
Hazırda milli komandanın haırlığında olan Burakın DÇ-2014-ün seçmə mərhələsində Estoniya ilə matça da iynə vurduraraq çıxacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31