Berti Foqts hakimdən şikayətləndi
10 Oktyabr 2013 13:46 İdman"Hazırlığın gedişindən razıyam. Dünənki hava yaxşı idi"."Qafqazinfo"nun Apasport.az saytına istinadən xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.Millimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində sabah Şimali İrlandiyanı qəbul edəcək. Bununla bağlı hazırda mətbuat konfransı keçirən almaniyalı çalışdırıcı öncə zədələrdən danışıb."Vacib oyun qabağı oxudum ki, bəzi insanlar tez hazırlığa başlamağımızdan narazı idi. Heyətdə 25 futbolçu var. Vaqif Cavadovun çiynində zədə var, Ruslan Abışov isə oyunu buraxacaq" - deyə, Foqts əlavə edb.
"Komandaya bildirdim ki, biz İsraillə oyunda qələbə qazanmalı idik. Səfərdə qələbəni əldən verdik. Taktiki baxımdan səhvə yol verəndə rəqiblər bunu bağışlamır. Mahir Şükürov orda səhvə yol vermişdi. Şimali İrlandiya ilə görüşdə hakimin çox vaxt əlavə etməsi sayəsində məğlub olduq. Hakim cərimə zərbəsində bizim canlı səddi sıxsa da, buna göz yumdu".
Almaniyalı çalışdırıcı bildirib ki, milli komandaya təzyiq edilir: "Komandada təzyiq var. Ümid edirəm ki, peşəkar futbolçularımız buna dözəcək. Şimali İrlandiyanı yaxşı tanıyırıq. Kobud oynayırlar, başla yaxşıdırlar. Təkbətək mübarizələrdə də həmçinin. Sözsüz ki, fərq böyükdür. Beynəlxalq və yerli oyunlar arasında fərq var".