Neymarın "Barselona"ya keçidinin əsl sirri açıldı!

Braziliyalı Neymarın "Barselona"ya transferi barədə yeni maraqlı fakt ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, katalon klubunun rəhbəri olan Sandro Rosell yay transferi pəncərəsi dönəmində heyətlərinə qatdıqları Neymarın daha çox Leonel Messi ilə birgə çıxış etmək üçün "Barselona"nı seçdiyini etiraf edib: "Bu transferin əsas səbəbkarı Messi oldu. Neymar onunla yan-yana oynamaq istəyirdi. Buna görə də braziliyalı futbolçu "Mançester Siti", "Real" (Madrid), "Bavariya", "Çelsi" kimi klubların təklifini rədd edərək "Barselona"ya gəldi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31