Berkamp: "Arsenal"a qayıtmaq istəyirəm"
9 Oktyabr 2013 18:20 İdmanHazırda "Ayaks"da köməkçi məşqçi işləyən "Arsenal"ın əfsanəvi futbolçularından olan Dennis Berkamp bir gün sabiq komandasına dönmək istədiyini açıqlayıb.
Qol.Az-ın "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, Berkamp Premyer Liqa təmsilçisində də məşqçi olaraq çalışmaq istədiyini bildirib:
"Arsenal"la olduğum hər an çox gözəl idi. Bu səbəbdən gələcəkdə ora geri dönmək istəyirəm. Ən az üç il daha "Ayaks"da qalacağam. Ancaq bütün karyeramı burada keçirməyəcəm. Baş məşqçi olmaq istəmirəm. Köməkçi məşqçi olmaqdan razıyam, çünki hücumçularla xüsusi olaraq çalışa bilirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31