"Barselona" Valdezə əvəzləyici tapdı

"Barselona" mövsümün sonunda klubdan ayrılacaq olan qapıçısı Viktor Valdezin yerini "Atletiko"da forma geyən Tibo Kurtua ilə doldura bilər.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun prezidenti Sandro Rosell belçikalı qolkiperi çox bəyəndiyini açıqlayıb: "Kurtua möhtəşəm qapıçıdır. Onu çox bəyənirəm. Valdesi klubda tutmaq çox çətin olacaq" - deyə o, 21 yaşlı qapıçını transfer edə biləcəklərini bildirib.
Qeyd edək ki, T.Kurtua "Çelsi"nin futbolçusu olsa da, 3 mövsümdür ki, Madrid klubunda icarə əsasında forma geyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31