Suarez "Liverpul"da qalmasının səbəbini açıqladı

Bir müddət əvvəl "Liverpul"dan ayrılmaq istəyən Luis Suarezin komandada qalmasının səbəbi bilinib. Qol.Az-ın xəbərinə görə, keçən mövsüm "Çelsi"nin futbolçusu Branislav İvanoviçin qolunu dişlədiyi üçün 10 oyunluq cəzalanan Suarez cəzasının bitməsindən sonra sakit futbol oynamağa üstünlük verdiyini bilidirib.
Mətbuata açıqlamasında uruqvaylı forvard "Liverpul"un formasını yenidən geyməyindən zövq aldığını deyib. O "Liverpul"u tərk etməməyinin səbəbini belə izah edib: "Stivin Cerardın məsləhəti ilə komandada qaldım. Cerard komandamızda ən yaxşı futbolçu və gözəl xarakterli bir insandır. Ona qibtə edirəm. Bu səbəbdən də "Liverpul"da qalmaq qərarına gəldim".

Qeyd edək ki, cəzası bitdikdən sonra yenidən yaşıl meydanlara qayıdan Suarez bu mövsüm 3 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31