"Real" Madrid azarkeşlərinə şad xəbər

"Real" və İspaniya millisinin futbolçusu Xabi Alonsonun müalicəsi başa çatmaq üzrədi. Milli.Az futbolpres-ə istinadən xəbər verir ki, 50 gündü sağalmaqla məşğul olan futbolçunun noyabrda qayıdacağı söylənilirdi. Ancaq yarımmüdafiəçi artıq 2 həftəyə meydana dönə biləcək. Alonsonun La Liqanın növbəti, yəni IX turundakı "Malaqa" ilə oyunda komandasına kömək edəcəyi deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31