Tito Vilanova "Barselona"ya qayıdacaq
9 Oktyabr 2013 03:54 İdman"Barselona"nın sahibi Sandro Rossel Tito Vilanovanın komandaya geri dönməsini bəyan edib. Milli.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri sabiq baş məşqçinin mütləq komandaya qayıdacağını bildirib: "Mən bura gələndən onun xəstəliyi klub üçün ən pis hadisə olub. Əgər Tito sağalsa, o, əlbəttə ki "Barselona"ya qayıdacaq. Mən bilmirəm hansı vəziyyətdə, amma o qayıdacaq".
Xatırladaq ki, Katalon klubunun sabiq baş məşqçisi Tito Vilanova xərçəng xəstəsi olduğu üçün klubdan ayrılıb. Onun yerinə Jerardo Martino gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31