Arsen Venger "Atletiko"nu təriflədi

"Arsenal"ın baş məşqçisi Arsen Venger "Atletiko" (Madrid) klubu haqda danışıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Madrid klubunu bu mövsümün ən böyük sürprizi hesab edib: "Atletiko" da Borussiya" kimi yaxın zamanda bütün turnirlədə uğurlar əldə edə bilər. Falkaonu satmalarına baxmayaraq, çox yaxşı müdafiəçiləri və qapıçıları var. Ən əsası da Dieqo Kosta kimi hücumçuya sahibdirlər. Bu futbolçu heyvan kimidir. Ən çətin anda belə, klubunu pis vəziyyətdən çıxara bilər".

Venger həmçinin "Atletiko"nu həm Çempionlar Liqasında, həm də La Liqada ən real namizədlərdən biri hesab edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31