Roberto Mançini "Qalatasaray"ın futbolçularından narazıdır
8 Oktyabr 2013 20:35 İdmanİstanbulun "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi Roberto Mançini, komandadakı fiziki hazırlıqdan çox narahatdır. Siasport.az saytı Türkiyə mediyasına istinadən xəbər verir ki, təcrübəli italiyalı futbol mütəxəssisi, keçən gün "Akhisar Bələdiyyəspor"la qarşılaşmada qeydə alınan 1:2 hesablı məğlubiyyətdən dərhal sonra komanda rəhbərliyi ilə görüşərək, futbolçuların fiziki imkanlarının olduqca aşağı olduğunu, bu sistemlə həftədə 2 qarşılaşma keçirməyin mümkünsüz olduğunu dilə gətirib. İtaliyalı tanınmış futbol mütəxəssisi, bu nöqsanların aradan qaldırılması üçün ən azı 1 ay vaxta ehtiyacının olduğunu etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31