Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, konfrans oktyabrın 10-da, saat 12:00-da, "Sheraton Baku Airport Hotel"də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31