Dünyanın məşhur derbisinin vaxtı bəlli oldu

"Barselona" və "Real" arasındakı qarşılaşma oktyabrın 26-da keçiriləcək

İspaniya La Liqasında mövsümün ilk derbisinin zamanı dəqiqləşdi. ANS PRESS-in xarici mediaya istinadən verdiyi məlumata görə, "Barselona" və "Real" (Madrid) arasındakı qarşılaşma X tura təsadüf edəcək və oktyabrın 26-da "Nou Kamp"da oynanılacaq.

"El-Klassiko" Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, sonuncu dəfə bu ilin martın 2-də keçirilən "El Klasiko"da qələbəyə sevinən tərəf "Kral klubu" olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31