Ronaldo Messini geridə qoydu

"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo daim rəqabətdə olduğu "Barselona"nın oyunçusu Lionel Messini geridə qoyub. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu il ulduz hücumçu hələlik Madrid klubu forması ilə 44, Portuqaliya millisi ilə isə 6 qol vurub. Messi isə "Barsa"da 36, Argentina yığmasında isə 6 dəfə fərqlənib. Kataloniya klubunun futbolçusu 42 qolu 38 oyuna vururaq hər matça 1.10 nisbətlə fərqlənib. Keçirdiyi 45 qarşılaşmada 50 qol vuran Ronaldo isə hər oyuna 1.11 fərqlənməyi nisbətlə bacarıb. Bununla da, portuqaliyalı hücumçu bu seriyada Messini geridə qoyub.
Bundan başqa, Ronaldo bu mövsüm "Real"ın La Liqada topladığı 19 xalının 6-sında böyük pay sahibi olub. Messi isə Kataloniya klubunun qazandığı 24 xalın yalnız 5-in də əsas rol oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31