"İnter" Gürcüstana yola düşür
7 Oktyabr 2013 18:32 İdmanBakının "İnter" klubu "DÇ-2014"ün seçmə mərhələsində milli komandaların oyunu ilə əlaqədar Topaz Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdırır.
Qol.Az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası bu məqsədlə Gürcüstana yola düşəcək.
"Bankirlər"in qonşu ölkədə bir neçə yoxlama görüşü keçirəcəyi də istisna olunmur.
Qeyd edək ki, "İnter" klubu geridə qalan 9 turdan sonra 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31