Konte: "Tənqidlər daha böyük problemlər yaradır"

"Yuventus"un baş məşqçisi Antonio Konte "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun oyun tərzini təkrarlamasına münasibət bildirib. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu iddiaları yalanlayan 44 yaşlı mütəxəssis oyun sisteminin Mourinyonun taktikasına bənzəmədiyini deyib:
"Bəzi şeyləri Mourinyo İtaliyaya gəlmədən öncə söyləmişəm. Kimsədən ilham almıram. Nə hiss edirəmsə, onu da deyirəm".
Çempionlar Liqasında "Qalatasaray"la matçda (2:2) etdiyi dəyişiklərlərə görə tənqid edilməsi haqda da danışan Konte bunları bildirib: "Hər kəs mənim çox pis qərarlar verdiyimi söylədi. Bu cür tənqid olunmağıma təəccüblənmədim. Ancaq bu tənqidlər bizə əksinə, daha böyük problemlər yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31