Karlo Ançelotti onu gözləyir

Ayağındakı zədə səbəbindən uzun müddətdir ki, forma geyə bilməyən "Real"ın futbolçusu Xabi Alonsonun yoxluğu Madrid klubu üçün çətinliklər yaradıb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, indiyə kimi yarımmüdafiədə Xedira - Modriç, İlyarramendi - Modriç, Xedira - İlyaramendi ikililərindən istifadə edən baş məşqçi Karlo Ançelotti hələ də istədiyini əldə edə bilmir.
Bu səbəbdən italiyalı mütəxəssis X.Alonsonun tezliklə yaşıl meydanlara qayıtmasını gözləyir. İspan oyunçunun daha iki həftə məşqlərə qoşula bilməyəcəyi bildirilir. Lakin futbolçunun "Malaqa" ilə matçda oynayacağı da istisna olunmur.

Qeyd edək ki, Alonso may ayının 17-də "Altetiko" (Madrid) ilə Kral kuboku matçından (1:2) indiyə kimi oyunlarda iştirak edə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31