"Neftçi"lər Qəbələdə fontan vurdu, "bankirlər" hesablarını artırdı
4 Oktyabr 2013 19:05 İdmanBu gün Azərbaycan Premyer Liqasında IX turun oyunlarına start verilib.Trend-in məlumatına görə, "Sumqayıt" doğma meydanda "İnter"i qəbul edib. Matçın 11-ci dəqiqəsində avtoqol qeydə alınıb - Məhəmməd Mirzəbəyov komandasının qapısına "xəyanət edib". 29-cu dəqiqədə isə Vaqif Cavadov top fərqini ikiyə çatdırıb - 0:2.
64-cü dəqiqədə "Sumqayıt"dan Ruslan Qurbanov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.Turun maraq doğuran qarşılaşması Qəbələdə baş tutub. Eyniadlı klub "Neftçi" ilə qarşılaşıb. Əvvəlcə qəbələlilər önə keçiblər - Ebesilio, 7. Lakin bakılıların cavab qolu özünü çox gözlətməyib - Mahir Şükürov, 20 - pen (1:1).
Oyunun ikinci hissəsinin əvvəlində Rəşad Sadiqov "Qəbələ"ni məyus edib - 1:2. Matçda başqa qol qeydə alınmayıb. Beləliklə, "Neftçi" 9 oyundan 18 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.