"Qalatasaray" Droqbaya yeni müqavilə təklif edəcək
5 Oktyabr 2013 02:05 İdmanİstanbulun "Qalatasaray" futbol klubu, Fildişi Sahillərindən olan ulduz futbolçusu Didye Droqba ilə gələn ilin yanvar ayında yeni müqavilə imzalamağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazıb. Qəzet yazır ki, UEFA Çempionlar Liqasının qrup qarşılaşmasında "Yuventus"a qol vuran, məhsuldar ötürmə edərək, komandaya liderlik edən ulduz futbolçu, yeni baş məşqçi Roberto Mançinin də rəğbətini qazanıb. İtalyan mütəxəssis, onu komandanın lideri kimi gördüyünü də mətbuata etiraf edib. Bütün bunları nəzərə alan "Qalatasaray" prezidenti Ünal Aysal isə, D.Droqbanı komandada saxlamaq niyyətinə düşüb. Belə ki, ulduz futbolçu ilə yanvar ayında bitəcək müqaviləni yeniləmək üçün komanda rəhbərliyi dekabr ayında onunla danışıqlara başlamağı planlaşdırır.