İbrahimoviç: "Runi ilə birgə oynamaq istəyirəm"
4 Oktyabr 2013 20:13 İdmanPSJ-nin futbolçusu Zlatan İbrahimoviç birlikdə oynamaq istədiyi hücumçunun adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, isveçli oyunçu "The Sun"a müsahibəsində "Mançester Yunyted"in futbolçusu Ueyn Runini komandalarında görmək istədiyini deyib:
"Yay ayında onun PSJ-ə transfer olunacağı ilə bağlı xəbərləri oxuyanda çox həyəcanlanmışdım. Runi yanvar ayında "qırmızı şeytanlar"dan ayrılmaq istəsə, onu bizim kluba mənimlə oynamağa dəvət edəcəm. Mən sadəcə yaxşı deyil, həm də texnikalı bir futbolçu ilə oynamaq istəyirəm. Runi də belə oyunçudur".
Zlatan ingilis hücumçuya zarafatla meydan da oxuyub: "Əgər o, bizə gələrsə, İbrahimoviçin ondan daha yaxşı qollar vurduğu gerçəyi ilə üz-üzə gələcək" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31