Dieqo Kosta seçimini etdi

Bu mövsüm uğurlu çıxışı ilə yadda qalan "Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Kosta milli komanda seçimini edib.
Qol.Az-ın məlumatına görə, hücumçunun həm Braziliya, həm də İspaniya vətəndaşlığı var.
Daha əvvəl Braziliya millisinin hər hansı yaş qrupunda rəsmi matçlarda forma geyinmədiyi üçün FİFA Kostaya bu barədə istədiyi seçimi etməsinə razılıq verib.
24 yaşlı futbolçu isə seçimini İspaniya millisinə tərəf edərək baş məşqçi Visente Del Boskenin ona göndərdiyi dəvəti qəbul edib. Braziliya Futbol Federasiyasında lazımlı sənədlərin İspaniyaya hələlik göndərilmədiyi üçün hücumçunun "DÇ-2014"ün seçmə mərhələsində Belarus və Gürcüstanla matçlarda forma geyə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Kosta bu mövsüm La Liqada forma geyindiyi 6 matçda 7 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31