Sergey Yuran: "Azərbaycana getməklə düzgün addım atdım"

"Mənə Azərbaycan və Baltikyanı ölkələrə getməyi məsləhət görürdülər. Düşünürəm ki, bu ölkələrə getməklə düzgün addım atdm. Bəziləri oturub Moskva klublarından təklif gözləyirdi. Bir də ayılır ki, yaşı 50-yə çatıb". Qol.AZ-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiya mətbuatına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis "Simurq"da qazandığı məbləği də açıqlayıb: "Mənim getdiyim klublarda dəlisov pullar istəməyimlə bağlı xəbərlər yayılıb. Bunlar tamamilə yanlışdır. Azərbaycanda ən güclü komandaların - "Neftçi", "Bakı" və "İnter"in büdcəsi 8 milyon, "Simurq"un isə 1 milyon dollar idi. Ən yaxşı futbolçumuz ayda 7 milyon dollar qazanırdı. Özümə gəldikdə isə "Simurq"da min dollar maaş alırdım. Latviyada 3 min, Estoniyada isə 4,5 min qazanırdım.

Qeyd edək ki, Yuran 2011/2012 mövsümündə "Simurq" klubunu çalışdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31