Əfsanəvi Olimpiya çempionu dünyasını dəyişdi - FOTO
4 Oktyabr 2013 12:53 İdmanDünən axşam basketbolun əfsanəsi dünyasını dəyişib. Milli.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Olimpiya çempionu Sergey Belov 70 yaşında ölüb. Ölümün səbəbi bilinmir. Serqey Belov 23 yanvar 1944-cü ildə Tomsk vilayətində anadan olub. Peşəkar karyerasına Sverdlovskun "Uralmaş" klubunda başlayıb. 1967-ci ildən 80-ci illərə kimi CSKA Moskvada çıxış edib və 11 dəfə SSRİ çempionu olub.
SSRİ yığmasında Belov 1972-ci ildə Münhendə keçirilən Olimpiadada qızıl qazanıb, 1968-ci ildə Mexikoda bürünc medal qazanıb. Basketbolçu SSRİ ilə 2 dəfə Dünya çempionu və 4 dəfə Avropa çempionu olub. 1993-cü ildə Belov Rusiya Basketbol Federasiyasının prezidenti olub, həmçinin yığma komandanın baş məşqçisi kimi də çalışıb. Onun rəhbərlik etdiyi Rusiya yığması 1994-cü və 1998-ci illərdə dünya çempionatının gümüş medalçısı olub, Avrobasketdə 1997-ci ildə bürünc medal qazanıb.