Arda "Qalatasaray"ı tək buraxmadı
3 Oktyabr 2013 19:56 İdman"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan sabiq klubu "Qalatasaray"a dəstək olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türk yarımmüdafiəçi dünən Torinoya gələrək, Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Yuventus" - "Qalatasaray" matçının stadiondan izləyib.
Qarşılaşmanı həyəcanla izləyən Arda oyunun hakiminin İstanbul klubunun qapısına penalti təyinetmə qərarına əsəbiləşib.
Matçdan sonra isə futbolçu keçmiş komanda yoldaşlarını təbrik edərək stadiondan ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31