“Real”dan yeni rekord

İspaniyanın "Real" (Madrid) klubu Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, Madrid təmsilçisi ÇL-in qrup mərhələsində ilk iki oyuna 10 qol vurmağı bacaran ilk klub olub. "Real" turnirin ilk turunda "Qalatasaray"ı 6:1, ikinci oyunda isə "Kopenhagen"i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Madrid klubunun fərqləndiyi 10 qolun 5-ni Kriştiano Ronaldo vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31