Güləşçilərimizin daha bir uğuru
3 Oktyabr 2013 15:21 İdmanGürcüstanın Batumi şəhərində idman ustası, SSRİ çempionu Otar Bakuridzeyə həsr olunmuş gənclər arasında yunan roma güləşi üzrə beynəlxalq turnir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş paytaxt güləşçləri də iştirak edib. Bir çox ölkənin idmançılarının qatıldığı beynəlxalq yarışda güləşçimiz İsmayıl Qəhrəmanlı 60 kq çəki dərəcəsində II yer tutaraq turnirin gümüş medalını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31