Fatih Terimdən "Qalatasaray" futbolçularına daha bir jest!

"Qalatasaray"ın keçmiş baş məşqçisi olan Fatih Terim, daha bir jesti ilə bütün Türkiyənin gündəminə çevrilib. Siasport.az saytı xəbər verir ki, dünən axşam UEFA Çempionlar Liqasında "Yuventus"la keçirilən qarşılaşmadan əvvəl "imperator" "Qalatasaray"ın futbolçularına bir-bir zəng edərək, onları cəsarətli olmağa, var gücləri ilə mübarizə aparıb İstanbula sərfəli nəticə üçün dönməyə səsləyib. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazır ki, F.Terim xüsusi ilə Didye Droqba ilə danışaraq, meydanda komanda yoldaşlarına dəstək olmasını istəyib. Onun bu addımı isə, xüsusi olaraq "Qalatasaray" azarkeşlərinin böyük rəğbətini qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31