İdman mütəxəssisləri mükafatlandırılacaq

Oktyabrın 4-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının təşkilatçılığı ilə ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının təbliği ilə bağlı tədbir keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumata görə,  tədbirdə Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftəhətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov, vaxtilə ROİL-də təhsil almış veteran idmançı, məşqçi və mütəxəssislər, tanınmış idmançılar, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri işitirak edəcəklər. Tədbirdə idman mütəxəssisləri, idmançılar, məşqçilər, fəxri qonaqlara və s. AzƏOK-un müxtəlif nominasiyaları üzrə mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Ədalətli Oyunlar Hərəkatı ötən əsrin 60-cı illərində yaranıb. 1963-cü il dekabrın 5-də Parisdə ədalətli oyunlar üzrə Pyer de Kuberten Fondu təsis edilib, 1973-cü il mayın 29-da isə bu fond Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CİFP) adı alıb. Belə bir qitə təşkilatının yaradılması ideyası da ötən əsrin ikinci yarısından müxtəlif toplantılarda səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31