Melo: "Yuventus"u sevirəm, ancaq qələbə üçün oynayacam"

"Qalatasaray" klubunun futbolçusu Felipe Melo Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Yuventus"la oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu sabiq komandasına qarşı oyunda qələbə qazanmaq istədiyini bildirib:
"Yuventus"da oynayarkən bu komandanın hər zaman qəlbimdə yaşayacağını deyirdim. Bu gün də belədir. "Yuventus"da oynadığım üçün fəxr edirəm. Lakin bu axşam digər klubun forması ilə meydana çıxacağam. Turinə 3 xal üçün gəlmişik. Bəli, "Yuventus"u sevirəm, ancaq "Qalatasaray" üçün oynayacağam".
Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31