“Falkao “Real”a gətirilməlidir”
3 Oktyabr 2013 03:59 İdman"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo komandasının hücum xəttini daha da güclənməli olduğunu deyib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı oyunçu bu səbəbdən də "Kral klubu"na "Monako"dan Radamel Falkaonun transfer olunmasını istədiyini bildirib.
Bu fikrini klubun prezidenti Floretino Perezə də çatdıran Ronaldo kolumbiyalı hücumçunun Madrid klubuna gəlişi ilə komandanın həm İspaniyada, həm də Çempionlar Liqasında uğur qazanacağını düşünür.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti də rəhbərlikdən yanvar ayında mütləq bir hücumçu transfer olunmasını tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31