Antonio Konte: "Bütün hazırlıqlarımız boşa getdi
2 Oktyabr 2013 20:27 İdman"Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi açıqlamalar verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis bu matçda yalnız qələbə qazanmağı düşündüklərini deyib.
A.Konte Mançini ilə qarşılaşmağından məmnun olmadığını da dilə gətirib: "Rəqibin heyətində baş məşqçi dəyişikliyindən sonra bütün hazırlıqlarımız boşa getdi. "Qalatasaray"lı futbolçular Fatih Terimin oyun fəlsəfəsinə bənzər oynayacaqlar. Ancaq Mançinin taktiki gedişlərini təxmin edə bilməyəcəyimiz üçün çətinlik çəkəcəyik".
Yer aldıqlarını qrupun çox güclü olduğunu vurğulayan Konte ilk matçların nəticələrinə aldanmamağın lazım olduğunu bildirib: "Oyun zamanı azarkeşlərdən dəstək gözləyirik. Rəqib qarşısında buna ehtiyacımız var.