"İnter" "Sumqayıt"la oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq "İnter" klubu bu oyunun hazırlıqlarını davam etdirir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün növbəti məşqinə çıxıb.
"Şəfa" stadionunda keçirilən məşqdə isinmə hərəkətlərindən sonra topla müxtəlif tapışırıqları yerinə yetirən futbolçular gündəlik hazırlıq prosesini qapıya uzaqdan zərbələr endirməklə başa vurublar.
Əlavə edək ki, "İnter" sabah da məşq edəcək. "Sumqayıt" - "İnter" matçı oktyabrın 4-də, saat 16:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31