Kasilyas haqda şok iddia: bu qış...
1 Oktyabr 2013 20:23 İdman"Real"ın qapıçısı İker Kasilyas karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Bu barədə "Sky İtalia" xəbər yayıb. Məlumatda bildirilir ki, təcrübəli qolkiperin özü bunda maraqlıdır.
Milli.Az futbolpress-ə istinadən xəbər verir ki, 32 yaşlı çərçivə qoruyucusunun "Milan"la gizli danışıqlar apardığı deyilir. İtaliya nəhəngi 2014-cü ilin yayında müqaviləsi bitəcək Kristian Abbiatinin yerinə indidən yeni qapıçı axtarışına başlayıb.
Siyahıda ilk pillədə qərarlaşan Kasilyasla rəsmi olaraq danışıqlar aparılmasa da, onun "Milan"a transferi nəzərdən keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31