Bu axşam Çempionlar Liqasında növbəti həyəcan başlayır

Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start veriləcək. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında görüşlər baş tutacaq. E qrupunda "Şalke" səfərdə "Bazel"in, "Çelsi" isə "Styaua"nın qonağı olacaq. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşəcəklər. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edəcək. G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gələcək. H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşacaq. Digər matçda "Ayaks" isə doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, II turun qalan 8 görüşü sabah axşam keçiriləcək.



1 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, II tur


E qrupu

23:45. "Bazel" (İsveçrə) - "Şalke" (Almaniya)
23:45. "Styaua" (Rumıniya) - "Çelsi" (İngiltərə)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31