Martino: "Messinin yerini doldurmaq çox çətindir"
1 Oktyabr 2013 20:50 İdman"Barselona" klubunun baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində bu axşam qarşılaşacaqları "Seltik"lə oyunöncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis zədə səbəbindən bu axşam oynaya bilməyəcək Lionel Messinin yerini doldurmağın çətin olduğunu bildirib:
"Dünyanın istənilən komandası üçün Messinin yerini doldurmaq çətindir. Həmçinin bizim kimi yüksək səviyyəli futbolçuları olan komanda üçün də çətin olacaq. Ancaq Messi oynamasa belə, yaxşı çıxış etməliyik. Buna ehtiyacımız var. Bizim üçün bir sınaqdır. Daha öncə də Messisiz oynamışıq. Üstəlik Neymar və Aleksis Sançezi də görməzdən gələ bilmərik".
Qeyd edək ki, "Seltik" - "Barselona" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.