Messi yoxdur, bəs?..
1 Oktyabr 2013 14:23 İdmanİspaniya La Liqasının son turunda "Almeriya" ilə matçda zədələnən "Barselona"nın ulduz futbolçusu Lionel Messi bu gün Çempionlar Liqasının qrup mərhələsində "Seltik"ə qarşı oyunda meydana çıxmayacaq.
Milli.Az futbolpress-ə istinadən xəbər verir ki, komanda yoldaşı Sesk Fabreqas argentinalı forvardın yoxluğunu belə şərh edib:
"Messi dünyanın ən yaxşı futbolçusudur, oyunlara böyük təsiri var, ancaq "Seltik"lə görüşdə oynamayacaq. Buna görə də hamımız daha çox çalışmalıyıq. Hansı mövqedə çıxış eləməyimdən asılı olmayaraq, var gücümlə özümü göstərəcəm. Messinin yoxluğunu ancaq Neymar doldura bilər. Onun kimi futbolçulara ehtiyacımız var. Ötən mövsüm "Seltik"ə uduzduq. Ancaq buna görə məyus deyilik. Oyunun çətin keçəcəyinin fərqindəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31